Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Rüstəm Salayev tanışının ona olan borcunu qaytarmadığı barədə etdiyi müraciətinin operativ və obyektiv araşdırıldığına, pulunun geri qaytarılmasında göstərdikləri köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Şahbuz rayon sakini Günel Əliyeva ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir və müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Culfa rayon sakini Elbəyi Allahverdiyev müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə DİN rəhbərliyinə və kollektivinə minnətdarlıq edir.

Bakı şəhər sakini Firdovsi Xəlilov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Amalya Mehdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti üzrə obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nüşabə Mahmudova məktubunda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə görə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Pərvin Abışova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, yaşadığı ərazidə sakinləri narahat edən problemlə bağlı həyata keçirilən operativ tədbirlərə görə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aytən Nağıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sahil Təmirov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə obyektiv araşdırma aparılmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.