Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Tovuz rayon sakini Paşa Sadiqov xidməti fəaliyyətini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir.

Bərdə rayon sakini Suqra Camalova müraciətinin müsbət həllini tapmasına görə təşəkkür edir.

Yevlax rayon sakini Məzahir Məmmədov ona dəymiş ziyanın ödənilməsinə görə minnətdarlıq edir.

Ağcabədi rayon sakini Elşən Məmmədov müraciətinin müsbət həllinə görə minnətdarlıq edir.

Bakı şəhər sakini Heydər Verdiyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq həll olunmasında, eləcə də hüquqlarının bərpasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Cavanşir Qasımov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir. 

Bakı şəhər sakini Arif Məmmədov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ İstintaq Şöbəsinin rəisinə və əməkdaşlarına minnətdarlığını yazır. 

Sosial şəbəkə istifadəçisi Rövşən Axundov səhər saatlarında Nərimanov rayon ərazisində piyada hərəkət edərkən oradan keçən avtomobil tərəfindən vurulduğunu və yüngül bədən xəsarətləri aldığını yazır. Bildirir ki, baş vermiş hadisə ilə bağlı polis əməkdaşları operativ araşdırma aparmış, hadisəni törədən şəxs barəsində qanunamüvafiq tədbir görmüşlər. Buna görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Kənan Nəbiyev “Daçnik” deyilən çimərlikdə boğulma təhlükəsi ilə üzləşən azyaşlının polis əməkdaşı tərəfindən xilas edildiyini, ilk yardımın göstərildiyini yazır. Öz həyatını təhlükəyə ataraq azyaşlının həyatını xilas etdiyinə görə həmin polis əməkdaşının simasında bütün Azərbaycan Polisinə minnətdarlığını ifadə edir və çətin, şərəfli xidmətlərində uğurlar arzulayır.