Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Bəxtiyar Nəcəfov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona hüquqi izahın verilməsinə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Vüsal Mehdiyev məktubunda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edir. 
V.Mehdiyev DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Qurbanəli Əliyev məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rüstəm Musayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Metropolitendə Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Günel Alışova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ləman Şabanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, üzləşdiyi problemlə bağlı müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Metropolitendə Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aytən Babayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə çevik reaksiya verilməsinə və müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

“Ədalət” qəzetində vətəndaş Emil Faiqoğlunun müəllifi olduğu “Çevik Polis Alayı dövlətə və xalqa sədaqətlə xidmət edir” başlıqlı məqalə dərc olunub. Müəllif məqalədə gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan Azərbaycan polisinin xidməti fəaliyyətindən bəhs edir.

Vətəndaş Mirəziz Əzizov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, Su İdman Kompleksinin yaxınlığında bir nəfərin övladının səhhətində problem yarandığına görə xəstəxanaya çatdırılması üçün yaxınlıqda olan polis əməkdaşlarına müraciət etdiyini yazır. Polis əməkdaşlarının müşaiyəti ilə azyaşlı qısa müddətdə xəstəxanaya çatdırılıb.
M.Əzizov humanistliyə, xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə həmin azyaşlının atasının adından Səbail RPİ-nin Yol-Patrul Xidməti əməkdaşlarına təşəkkürünü bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.