Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.11.2024 - Naftalan şəhər sakinləri İlkin Tağıyev və Gündüz Bayramov
Naftalan şəhər sakinləri İlkin Tağıyev və Gündüz Bayramov məktublarında ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlıqlarını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.
05.11.2024 - Goranboy rayon rayon sakini Elçin Tağıyev
Goranboy rayon rayon sakini Elçin Tağıyev DİN-in sosial şəbəkələrdəki səhifəsinə yazdığı mesajda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyi başda olmaqla Goranboy Rayon Polis Şöbəsinin kollektivinə təşəkkür edir.
04.11.2024 - Bakı şəhər sakini Cəmilə Əliyeva
Bakı şəhər sakini Cəmilə Əliyeva məktubunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.11.2024 - Vətəndaş Zöhrab Yusubov
Vətəndaş Zöhrab Yusubov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.11.2024 - Vətəndaş Sənan Tağıyev
Vətəndaş Sənan Tağıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.11.2024 - Vətəndaş Samid Əmrəliyev
Vətəndaş Samid Əmrəliyev “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı postda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.11.2024 - Vətəndaş Samirə Kərimova
Vətəndaş Samirə Kərimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və obyektiv araşdırılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.11.2024 - Vətəndaş Nail Qüdrətli
Vətəndaş Nail Qüdrətli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona hüquqi izahın verilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.11.2024 - Vətəndaş Fərman Ağamuradov
Vətəndaş Fərman Ağamuradov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə, həyata keçirilən tədbirlərə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.