Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elmura Cəfərova məktubunda Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının humanistliyindən bəhs edərək ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nəbi Hacızadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin açıldığını qeyd edir. 
N.Hacızadə müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə və Nizami RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Kamal Babayev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tofiq Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Elman Əliyev “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, paylaşdığı postda “102” Xidməti-Zəng Mərkəzi və “Polisazerbaycan” sosial şəbəkə səhifələrinin operativliyindən və əlçatanlığından bəhs edərək vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yaradılan şəraitə görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaşlar Ramin Hüseynov, Araz Əliyev və Beyrək Bağırov DİN-ə ünvanladıqları məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Polisinə minnətdarlıq edirlər.

Vətəndaş Mehdi Quliyev “Facebook” sosial şəbəkə hesabında paylaşdığı postda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Kürdəmir RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Elnur Səlimzadə Azərbaycan polisinə təşəkkür məktubu ünvanlayıb. O, Binəqədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məsələyə çevik reaksiya verildiyini, Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının obyektiv tədbirlər həyata keçirdiklərini qeyd edib.

Bakı şəhər sakin Namiq Həsənalılı Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinə dəvət olunduğunu, qanuni izah verilərək məsələyə aydınlıq gətirildiyini bildirir və məmnunluğunu ifadə edir.