Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Cəsarət Məcidov DİN-in rəsmi “Facebook” səhifəsinə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verildiyini və Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin görüldüyünü bildirir.

Vətəndaş Ramal Teymurov müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına görə təşəkkürünü bildirir.

Vətəndaşlar Teymur Əkbərov və Tağı Məmmədov öz təşəkkür məktublarında onlara məxsus yaşayış evlərindən oğurluq edən şəxsin qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb olunmasına görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Cəlilabad rayon sakini Yusif Əliyev öz təşəkkür məktubunda rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına, məktəblərdə bu mövzuda şagirdlərlə maarifləndirici görüşlərin keçirilməsinə, həmçinin yollarda intizamsızlıq edən sürücülərə qarşı qanunamüvafiq qaydada tədbirlərin görülməsinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və dövlət yol polisi əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Əliqənbər Əliyev xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqət və qayğıya görə Rayon Polis Şöbəsinin rəhbərliyinə öz təşəkkürünü bildirir.

Ağsu rayon sakini Gülverdi Usubov göstərilən diqqət və qayğıya görə BDYPİ-nə bilavasitə tabe olan Ağsu RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Ələkbər Nadirli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına görə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Rəhim İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sərxan Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, narkomaniya ilə mübarizə aparan, gecəli-gündüzlü fəaliyyət göstərən Azərbaycan polisinə təşəkkürünü bildirir.