Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.11.2024 - Vətəndaş İlahə Hüseynova
Vətəndaş İlahə Hüseynova DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi oğurluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.11.2024 - Vətəndaş Tural Nəcəfzadə
Vətəndaş Tural Nəcəfzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona hüquqi izahın verilməsinə görə İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2024 - Zərdab rayon sakini Murad Əzimli
Zərdab rayon sakini Murad Əzimli xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə polis əməkdaşlarına təşəkkür edir.
05.11.2024 - Vətəndaş Könül Axverdiyeva
Vətəndaş Könül Axverdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, etdiyi müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
05.11.2024 - Salyan rayon sakini Rahibə Məlikova
Salyan rayon sakini Rahibə Məlikova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
05.11.2024 - Vətəndaş İlahi Pənahlı
Vətəndaş İlahi Pənahlı
05.11.2024 - Vətəndaş Eşqin Bayramov
Vətəndaş Eşqin Bayramov ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.11.2024 - Gəncə şəhər sakini Elxan Qurbanov
Gəncə şəhər sakini Elxan Qurbanov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2024 - Gəncə şəhər sakini Rövşən Əliyev
Gəncə şəhər sakini Rövşən Əliyev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və aparılan obyektiv araşdırmalara görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.