Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Şərəf Məmmədova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Babək Rayon Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Babək RPİ-nin Cəhri Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Şahbuz rayon sakini Tuncay Mərdanlı DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında pulqabını itirməsi ilə bağlı ərazi üzrə Post-Patrul Xidməti əməkdaşlarına müraciət etdiyini bildirir. Müraciətinə operativ şəkildə baxılaraq pulqabının qısa müddətdə tapılaraq təhvil verilməsinə görə DİN və Naxçıvan MR DİN rəhbərliyinə, o cümlədən Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Quba rayon sakini Əbülfəz Əliyev məktubunda Quba Rayon Polis Şöbəsində aparılan araşdırma nəticəsində müraciətinin müsbət həll olunmasını qeyd edir. O, müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə və göstərilən köməkliyə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Fərid Abbasov DİN-in insteqram hesabına yazdığı mesajında peşəkar xidmətə, vətəndaşlarla nəzakətli münasibətə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Rinad Hüseynov DİN-in insteqram hesabına yazdığı mesajında müraciətinə operativ reaksiya verən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına dərin təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Aidə Şəkərəliyeva Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin onun müraciətinə dərhal və çevik reaksiya göstərilməsindən məmnun qaldığını bildirir və polis əməkdaşlarına təşəkkür edir.

Astara rayon sakini Elvin Nəsirov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, çətinliklə üzləşən vətəndaşlara operativ qaydada kömək göstərdiklərinə, nümunəvi və fədakar xidmətə görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşlarına təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Ruslan İsayev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, Bakı-Şamaxı avtomobil yolunda hərəkətdə olan “Ford” markalı avtomobildə baş verən yanğın zamanı yol patrul xidməti əməkdaşlarının dərhal köməyə çatmasına, sərnişinlərin vaxtından avtomobildən təhlükəsiz şəkildə çıxarılmasına və nəqliyyat vasitəsinin söndürülməsinə, fədakarlığa və çevikliyə görə dövlət yol polisi əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zəfər Əzizov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, DİN rəhbərliyi tərəfindən keçirilən vətəndaş qəbulu zamanı müraciətinin diqqətlə dinlənilməsinə və onu narahat edən məsələnin öz həllini tapmasına görə minnətdarlığını bildirir.