Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.10.2026 - Vətəndaş Natiq Salmanov
Vətəndaş Natiq Salmanov DİN-ə ünvanladığı təşəkkür məktubunda məcburi gətirilmə qərarının uğurla yerinə yetirilməsinə görə Binəqədi RPİ və Abşeron RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
01.10.2026 - Vətəndaş Güllü Mustafayeva
Vətəndaş Güllü Mustafayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda 01.09.2026-cı il tarixdə Sumqayıt şəhərində daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, keçmiş kürəkəninin aliment öhdəliyini yerinə yetirmədiyi ilə bağlı şikayətinin təmin edilməsinə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
01.10.2026 - Vətəndaş Günel Abbasova
Vətəndaş Günel Abbasova DİN-ə ünvanladığı təşəkkür məktubunda oğurluq hadisəsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödətdirilməsi ilə əlaqədar Abşeron RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2026 - Vətəndaş Yusif Bilalov
Vətəndaş Yusif Bilalov DİN-ə ünvanladığı təşəkkür məktubunda səhvən digər bank kartına köçürmə etməsi ilə bağlı şikayətinin həll edilməsinə görə minnətdarlığını bildirir.
01.10.2026 - Bakı şəhər sakini Toğrul Ağalarlı
Bakı şəhər sakini Toğrul Ağalarlı DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Xətai RPİ 35-ci Polis Şöbəsinə minnətdarlığını ifadə edir.
01.10.2026 - Vətəndaş Rəvan Səmədov
Vətəndaş Rəvan Səmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2026 - Vətəndaş Rauf Abaszadə
Vətəndaş Rauf Abaszadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
01.10.2026 - Bakı şəhər sakini Tural Əliyev
Bakı şəhər sakini Tural Əliyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2026 - Vətəndaş Hamlet Məmmədov
Vətəndaş Hamlet Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.