Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.10.2026 - Jurnalist Cəmilə Çebotaryova
Jurnalist Cəmilə Çebotaryova məktubunda müraciətinə operativ baxıldığını və qısa müddətdə həyata keçirilən tədbirlərlə müraciətinin müsbət həll olunduğunu qeyd edir. O, göstərdikləri diqqətə görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.
01.10.2026 - Vətəndaş Sadiq Əzimov
Vətəndaş Sadiq Əzimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2026 - Nəsimi rayon sakini Damət Ağayev
Nəsimi rayon sakini Damət Ağayev məktubunda müraciətinin müsbət həll olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2026 - Vətəndaş Şənubər İsayeva
Vətəndaş Şənubər İsayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2026 - Əcnəbi vətəndaş Yekaterina Korotovskaya
Əcnəbi vətəndaş Yekaterina Korotovskaya məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Səbail RPİ 8-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2026 - Vətəndaş Xalidə Məmmədova
Vətəndaş Xalidə Məmmədova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən, Məmmədova Xalidə Hüseyn qızı, Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdim. Müraciətimə dərhal, obyektiv və diqqətlə baxıldı. Hadisə nəticəsində mənə dəymiş zərər tam şəkildə ödənildi və məsələm müsbət həllini tapdı. Müraciətimə göstərilən diqqət və operativ münasibətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, eləcə də Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.Polis əməkdaşlarına göstərdikləri peşəkarlıq və vətəndaş müraciətinə həssas yanaşmalarına görə minnətdaram.
01.10.2026 - Əcnəbi vətəndaş Yasmin Akdağ
Əcnəbi vətəndaş Yasmin Akdağ DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Akdağ Yasmin Yusuf qızı Nəsimi RPİ-nin 20-ci PŞ-ya müraciət etdim. Tez zaman ərzində şikayətimə baxıldı və təhqiqat araşdırması aparılaraq şikayətim təmin edildi. DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkürümü bildirirəm.
01.10.2026 - Vətəndaş Nuridə Nəbiyeva
Vətəndaş Nuridə Nəbiyeva DİN-ə ünvanladığı teleqramında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və BMCMİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2026 - Vətəndaş Aytac Hüseynli
Vətəndaş Aytac Hüseynli DİN-ə ünvanladığı təşəkkür məktubunda ödənilməyən aliment öhdəliyinin ödətdirilməsi ilə əlaqədar Ucar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.