Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.09.2026 - Vətəndaş Nuranə Məmmədyarova
Vətəndaş Nuranə Məmmədyarova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Məmmədyarova Nuranə Şamil qızı, 01.09.2026- cı il tarixdə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdim. Mənə qarşı olunan dələduzluqla bağlı müraciət etmişdim. Müraciətimlə bağlı Təhqiqat Şöbəsində araşdırma aparıldı, mənə yaxından köməklik göstərildi. Buna görə başda hörmətli cənab Nazir Vilayət Eyvazov olmaqla, Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığımı və təşəkkürümü bildirirəm.
12.09.2026 - Vətəndaşlar Xalid Əmirov, Aydın Əmirov, Murad Mustafayev, Nurlan Əhmədov,...
Vətəndaşlar Xalid Əmirov, Aydın Əmirov, Murad Mustafayev, Nurlan Əhmədov, Xəyal Şükürov, Feyzulla Nağıyev, Elgün Nəbiyev və Vasif Baxışov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.
12.09.2026 - Quba rayon sakini Pərvanə Sərkərova
Quba rayon sakini Pərvanə Sərkərova etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2026 - Vətəndaş Günay Ağayeva
Vətəndaş Günay Ağayeva etdiyi müraciətinin operativ araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2026 - Quba rayon sakini Azad Əlyarov
Quba rayon sakini Azad Əlyarov etdiyi müraciətinin operativ araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2026 - Ağsu rayon sakini Saleh Məmmədov
Ağsu rayon sakini Saleh Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2026 - Quba rayon sakini Yaşar Mürsəliyev
Quba rayon sakini Yaşar Mürsəliyev etdiyi müraciətinin operativ araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2026 - Vətəndaşlar İlkin Cəbrayılov, Rəvan Mahmudov, Samir Cəbrayılov, Murad...
Vətəndaşlar İlkin Cəbrayılov, Rəvan Mahmudov, Samir Cəbrayılov, Murad Nəzirov, Marat İbrahimov, Coşqun Babayev və Orxan İbrahimov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
12.09.2026 - Vətəndaş Emin Sadıxov
Vətəndaş Emin Sadıxov etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, polis əməkdaşlarına təşəkkür edir.