Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.09.2026 - Masallı rayon sakini Qaraş Kərimov
Masallı rayon sakini Qaraş Kərimov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciəti ilə əlaqədar Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırma aparılmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
29.09.2026 - Astara rayonunun bir qrup sakini
Astara rayonunun bir qrup sakini DİN-ə ünvanladıqları məktubda Polis Akdemiyasında təhsilə təşviqlə bağlı ümumtəhsil məktəblərində akademiyanın və Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərə, polis zabiti olmaq arzusunda olan gənclərə bu istiqamətdə göstərilən köməyə və akademiyada kursantlar üçün yüksək səviyyədə şərait yaradılmasına görə təşəkkürlərini bildirirlər.
29.09.2026 - Lənkəran rayon sakini Namiq Ağayev
Lənkəran rayon sakini Namiq Ağayev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, rayon ərazisindəki yollarda hərəkətin təhlükəsizliyinin etibarlı qorunmasına, vətəndaşlarla nəzakətli davranışa və nümunəvi xidmətə görə Lənkəran ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.09.2026 - Masallı rayon sakini Gündüz Qədməliyev
Masallı rayon sakini Gündüz Qədməliyev Daxili İşlər Nazirliyinə yazdığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına vbə ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin edilməsinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
29.09.2026 - Vətəndaş Kamran Quluzadə
Vətəndaş Kamran Quluzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.09.2026 - Vətəndaş Kamala Əsgərova
Vətəndaş Kamala Əsgərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.09.2026 - Vətəndaş Fərid Hüseynov
Vətəndaş Fərid Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.09.2026 - Vətəndaş Balakişi Balacayev
Vətəndaş Balakişi Balacayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.09.2026 - Vətəndaş Sənan Yusifli
Vətəndaş Sənan Yusifli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, küçədə bir nəfərin səhhətində problem yarandığını və ərazidə xidmət aparan polis əməkdaşlarının dərhal həmin şəxsə köməklik göstərdiyini qeyd edir. O, göstərilən həssas yanaşmaya görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.