Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.10.2026 - Vətəndaş Əziz Şirinov
Vətəndaş Əziz Şirinov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
01.10.2026 - Vətəndaş Fidan Hüseynzadə
Vətəndaş Fidan Hüseynzadə DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2026 - Vətəndaş Alim Abdullayev
Vətəndaş Alim Abdullayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
30.09.2026 - Bir qrup Quba rayon sakini
Vətəndaşlar Orxan Abasov, Emin Səmədov, Zaur Qəribov, Şahvələd Babayev, Nəzakət Xametova, Fərid Zülfüqarov, İbrahim Musayev və Aslan Əskərov etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
30.09.2026 - Şabran rayon sakini Ülkər Rzayeva
Şabran rayon sakini Ülkər Rzayeva etdiyi müraciətinin operativ araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Şabran RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.09.2026 - Vətəndaş Tərlan Dadaşov
Vətəndaş Tərlan Dadaşov etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.09.2026 - Bir qrup Quba rayon sakini
Vətəndaşlar Zahid Xanadanov, Bəxtiyar İsayev, Təvəkkül Osmanov, Təbriz Əliyev, Ruslan Məhərrəmov, Zaur Abdullayev, Şöhrət Sərdarov və Rəvan Nemətov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
30.09.2026 - Bakı şəhər sakini Fizzə Məmmədova
Bakı şəhər sakini Fizzə Məmmədova itirdiyi qızıl saatının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.09.2026 - Vətəndaşlar Orxan Babaşov, Müşviq Əsədzadə və digərləri
Vətəndaşlar Orxan Babaşov, Müşviq Əsədzadə, Abbas Çaxalov, Güllü Aydəmirova, Namik Babayev və Elçin Xələfov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.