Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaşlar Elvira Ağarzayeva, Hikmət Manafov və Kamran Hüseynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Sumqayıt şəhər sakini Pərviz Məmişov xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinə, vətəndaş və media müraciətlərinə həssaslıqla yanaşmalarına, eləcə də obyektiv və operativ fəaliyyətlərinə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəhid atası Əli Adıgözəlov tanıdığı şəxslə aralarında yaranan narazılığın obyektiv araşdırılaraq həll olunmasına, şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə Bakı Şəhər Baş Polis idarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Gülnarə Əhmədova işlədiyi müəssisədən əməkhaqqını ala bilməməsi ilə bağlı müraciətinə dərhal baxılaraq müsbət həllini tapmasına görə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Vətəndaş Afər Allahverdiyev bir şəxslə bağlı etdiyi şikayətinə obyektiv baxılaraq dəymiş maddi ziyanın ödənilməsi təmin edildiyinə görə Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Namil Əliyev nəqliyyat vasitəsilə bağlı müraciətinə baxılaraq ona lazımi köməklik göstərildiyinə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Türkan Məmmədova müraciətinə dərhal baxılaraq ona müvafiq köməklik göstərildiyinə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Səbinə Əhmədova qonşusunun səs-küylə bağlı narahatlıq yaratması ilə əlaqədar etdiyi müraciətinə dərhal reaksiya verilərək müvafiq tədbirlər görüldüyünə görə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Aqil Bağışov borc pulun qaytarılmaması ilə bağlı müraciətinə diqqətlə yanaşılaraq göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin kollektivinə təşəkkür edir.