Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.08.2025 - Sosial şəbəkə istifadəçisi Elmir Mehdiyev
Sosial şəbəkə istifadəçisi Elmir Mehdiyev baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
15.08.2025 - Vətəndaş Aida Murshudzada
Vətəndaş Aida Murshudzada DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən həyata keçirilən operativ tədbirlərə görə təşəkkürünü bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
15.08.2025 - Vətəndaş Cəlal Əliyev
Vətəndaş Cəlal Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll edildiyini və dəymiş maddi ziyanın da ödətdirilməsində köməklik göstərildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, görülmüş tədbirlər üçün Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
15.08.2025 - Vətəndaş Tünzalə Əliyeva
Vətəndaş Tünzalə Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir.
T.Əliyeva vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativlik və obyektivliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
15.08.2025 - Vətəndaş Vüqar Əliyev
Vətəndaş Vüqar Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, xəstəlikdən əziyyət çəkən valideyninin halının pisləşdiyini, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən onun müvafiq tibb müəssisəsinə qısa müddətdə çatdırılmasına köməklik göstərildiyini qeyd edir.
V.Əliyev göstərilən humanistliyə və qayğıya görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
15.08.2025 - Jurnalist Rövşən Hüseynov
Jurnalist Rövşən Hüseynov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, vətəndaşlardan birinin ünvanladığı müraciət ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirir.
R.Hüseynov Abşeron Rayon Polis İdarəsi tərəfindən vətəndaş müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və həyata keçirilmiş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
15.08.2025 - Vətəndaş Ülvi Muradov
Vətəndaş Ülvi Muradov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Abşeron Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Abşeron RPİ-nin əməkdaşlarına təşəkkür edir.
15.08.2025 - Vətəndaş Razi Abasbəyli
Vətəndaş Razi Abasbəyli “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, səhifə vasitəsilə etdiyi müraciəti ilə əlaqədar Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə dəvət olunduğunu, qanuni izah verilərək məsələyə aydınlıq gətirildiyini və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
R.Abasbəyli vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.
15.08.2025 - Naxçıvan şəhər sakini Liya Hacıyeva
Naxçıvan şəhər sakini Liya Hacıyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinin obyektiv araşdırmalarla müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Naxçıvan RPİ-nin əməkdaşlarına təşəkkür edir.