Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.08.2025 - Babək rayon sakini Gülbuta Meydanova
Babək rayon sakini Gülbuta Meydanova məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə Babək Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirir.
O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliklərinə, həyata keçirilmiş tədbirlər üçün Babək RPİ-nin əməkdaşlarına təşəkkür edir.
15.08.2025 - Jurnalist Nizami Rəsulov
Jurnalist Nizami Rəsulov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, müvafiq tədbirlərin həyata keçirildiyini və müsbət həllinin təmin olunduğunu bildirir.
N.Rəsulov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativlik, obyektivlik və görülən tədbirlərə görə Abşeron RPİ-nin əməkdaşlarına təşəkkür edir.
14.08.2025 - Bakı şəhər sakini Aysel Əliyeva
Bakı şəhər sakini Aysel Əliyeva Bakı şəhəri ərazisində baş vermiş qəzanın araşdırmasından tam razı qaldığına görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
14.08.2025 - Naxçıvan şəhər sakinləri Kənan Xudakərimli və Röyal Abdullazadə
Naxçıvan şəhər sakinləri Kənan Xudakərimli və Röyal Abdullazadə DİN-ə ünvanladıqları təşəkkür məktublarında etdikləri müraciətlərinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edirlər.
14.08.2025 - Quba rayon sakini Ramiz Orucov
Quba rayon sakini Ramiz Orucov itən mobil telefonunun qısa zaman ərzində tapılaraq geri qaytarılmasına görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.08.2025 - Quba rayon sakini Amid Məmmədov
Quba rayon sakini Amid Məmmədov etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.08.2025 - Bakı şəhər sakini Murad Talıbov
Bakı şəhər sakini Murad Talıbov Bakı şəhəri ərazisində baş vermiş qəzanın araşdırmasından tam razı qaldığına görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
14.08.2025 - Quba rayon sakini Fərid Əliyarov
Quba rayon sakini Fərid Əliyarov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.08.2025 - Kürdəmir rayon sakini Əlisəfa Xəlilov
Kürdəmir rayon sakini Əlisəfa Xəlilov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Suraxanı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.