Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Elmar Mansurov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Tural Quliyev maddi ziyan ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərdikləri köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Tural Qardaşxanov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nizami Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Səxavət Abbasov ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir, səmimi qəbula və göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarına  minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Abdala Mahmudov oğurlanan əşyalarının qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Nicat Yusifzadə müraciətinə operativ baxılaraq probleminin müsbət həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Daşqın Mahmudov ünvanladığı təşəkkür məktubunda gəzinti zamanı səhəttində problem yarandığını qeyd edir və onu mənzilinə təhlükəsiz şəkildə çatdırdıqlarına görə xidmətdə olan Pirallahı RPİ PPX əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Gülnar Əliyeva yaşadığı ərazidə yol kənarında halı pisləşərək huşunu itirdiyi zaman ona dərhal kömək göstərib su alaraq yardım edən Pirallahı RPİ-nin kollektivinə göstərdikləri humanist davranışa görə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Səftər Həbibzadə xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkür edir.