Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.08.2025 - Şəki rayon sakini İsrafil Şamilov
Şəki rayon sakini İsrafil Şamilov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
18.08.2025 - Cəlilabad rayon sakini Səid Muradov
Cəlilabad rayon sakini Səid Muradov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına, sosial neqativ halların aradan qaldırılmasına, cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
18.08.2025 - Ordubad rayon sakini Əvəz Məmmədov
Ordubad rayon sakini Əvəz Məmmədov məktubunda müraciəti ilə əlaqədar Ordubad Rayon Polis Şöbəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu yazır.
O, aparılan obyektiv araşdırmalara və göstərilən köməkliyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərliklərinə və Ordubad RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
18.08.2025 - Vətəndaş Zaur Qəribov
Vətəndaş Zaur Qəribov məktubunda Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, həmin idarəyə dəvət olunduğunu, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinə obyektiv baxıldığını yazır.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Bakı ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
18.08.2025 - Vətəndaş Susanə Abdulxəliqova
Vətəndaş Susanə Abdulxəliqova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərə və göstərilmiş köməkliyə görə həmin idarənin əməkdaşlarına təşəkkür edir.
18.08.2025 - Vətəndaş Aysel Ağamirzəyeva
Vətəndaş Aysel Ağamirzəyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə etdiyi müaciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
18.08.2025 - Vətəndaş Bəhlul Mustafazadə
Vətəndaş Bəhlul Mustafazadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciətinə operativ baxılmasına və obyektiv araşdırılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edir.
18.08.2025 - Yevlax rayon sakini Mustafa Mustafayev
Yevlax rayon sakini Mustafa Mustafayev müraciətində peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
18.08.2025 - Tərtər rayon sakini Vüqar Əliyev
Tərtər rayon sakini Vüqar Əliyev müraciətinin müsbət həll edilməsinə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.