Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elvin Orucov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında idarə etdiyi avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinin Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən obyektiv araşdırılmasına görə təşəkkürünü bildirir.

Masallı rayon sakini İdrak Rzayev öz məktubunda paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza hadisəsinin obyektiv və hərtərəfli araşdırılmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Firudin Adışov öz məktubunda müraciətinin operativ araşdırılmasına və onu narahat edən məsələnin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Lənkəran şəhər sakini Nihad Hüseynov öz məktubunda müraciəti ilə əlaqədar olaraq Lənkəran Şəhər Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və lazımi köməkliyi göstərilməsinə görə təşəkkürünü bildirir.

Astara rayon sakini Elvin Nəsirov xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə, humanistliyə,  şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Fərid Mustafayev və Nərgiz Murtuzova  Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş Qara Hüseynov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Zərdab rayon sakini Əyyub Əzizov etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 

Quba rayon sakini Sevinc Məmmədova ailə-məişət problemləri ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.