Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.08.2025 - Bakı şəhər sakini Ruhulla Qurbanov
Bakı şəhər sakini Ruhulla Qurbanov müraciətində göstərilən diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.
04.08.2025 - Vətəndaş Rüstəm Ağayev
Vətəndaş Rüstəm Ağayev müraciətinin müsbət həll edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.
04.08.2025 - Vətəndaş Məharət Ağayev
Vətəndaş Məharət Ağayev məktubunda müraciətinin Biləsuvar Rayon Polis Şöbəsində obyektiv araşdırıldığını və müsbət həllini tapdığını yazır və təşəkkürünü bildirir.
04.08.2025 - Vətəndaş Əliqənbər Əliyev
Vətəndaş Əliqənbər Əliyev öz məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə və vətəndaşlara göstərilən diqqətə və qayğıya, humanistliyə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
04.08.2025 - Vətəndaş Vasif Nuriyev
Vətəndaş Vasif Nuriyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.08.2025 - Vətəndaş Afəddin Kərimov
Vətəndaş Afəddin Kərimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itirdiyi içərisində 23000 manat pul olan cüzdanının polis Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq ona qaytarıldığını yazır və təşəkkürünü bildirir.
04.08.2025 - Bakı şəhər sakini Elxan Qasımlı
Bakı şəhər sakini Elxan Qasımlı öz məktubunda müraciətinin Lənkəran Şəhər Rayon Polis Şöbəsində obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
04.08.2025 - Vətəndaş Ramin Cəfərov
Vətəndaş Ramin Cəfərov öz məktubunda avtomobilindən oğurluq edən şəxsin Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
04.08.2025 - Vətəndaş Fərid Alixanov
Vətəndaş Fərid Alixanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında oğurlanmış mopedinin Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq ona qaytarıldığını yazır və Azərbaycan polisinə təşəkkürünü bildirir.