Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Əbülfəz Rəşidov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Murad Nəsirov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüqar Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı rayonunda hərəkətdə olarkən avtomobili ilə bağlı problemlə üzləşdiyini və polis əməkdaşlarının dərhal ona köməklik göstərdiyini qeyd edir. V.Quliyev xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüsalə Kazımova DİN-ə ünvanlandığı məktubunda müraciətinə operativ baxıldığına, Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Xəyal Əliyev müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini İlham Həsənov məktubunda daxili işlər naziri tərəfindən Şəki şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Rüfət Bəkirov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi hal ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Pərvin Əliyev avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Bəhram Şeydayev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Xətai RPİ-yə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.