Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakinləri İkram Şükürov və Vəfa Babayeva DİN-ə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Gəncə ŞBPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Gədəbəy rayon sakini Vahid Rəhimov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Şahbuz şəhər sakini Azər Rüstəmov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN  və Naxçıvan MR DİN təşəkkürünü bildirir.

Şahbuz şəhər sakini Tural Səfiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN  və Naxçıvan MR DİN təşəkkürünü bildirir.

Şahbuz şəhər sakini Vüqar Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN  və Naxçıvan MR DİN təşəkkürünü bildirir.

Şahbuz şəhər sakini Fərid Məmiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN  və Naxçıvan MR DİN təşəkkürünü bildirir.

Vətəndaş Elnur Tahirov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Xətai Rayon Polis İdarəsinə təşəkkürünü bildirir. 

Vətəndaş Turan Xəlilli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, əşyalarının itirməsi ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının onun müraciətinə həssaslıqla yanaşdığını və görülmüş tədbirlərlə qısa müddətdə əşyalarının tapılaraq ona təhvil verildiyini bildirir. 
T.Xəlilli müraciətinə həssas yanaşılmasına və operativliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.  

Vətəndaş Simran Nurullayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.