Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.09.2025 - Sosial şəbəkə istifadəçisi Azər Hüseynli
Sosial şəbəkə istifadəçisi Azər Hüseynli müraciətinə operativ baxılmasına və probleminin qısa müddətdə həllini tapmasına görə Xətai Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
01.09.2025 - Bakı şəhər sakini Elnur Xəlilov
Bakı şəhər sakini Elnur Xəlilov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Suraxanı RPİ DYPŞ-nin əməkdaşlarına təşəkkür edir.
01.09.2025 - Sosial şəbəkə istifadəçisi Sabir Qurbanov
Sosial şəbəkə istifadəçisi Sabir Qurbanov qəza ilə nəticələnən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı obyektiv araşdırma aparılmasına, hüquq və vəzifələrinin izah olunmasında ona göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.09.2025 - Bakı şəhər sakini Ehtiram Qurbanlı
Bakı şəhər sakini Ehtiram Qurbanlı müraciətinə operativ baxıldığına və probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
01.09.2025 - Lənkəran rayon sakinləri Orxan Əfəndiyev və Səbuhi Daşdəmirli
Lənkəran rayon sakinləri Orxan Əfəndiyev və Səbuhi Daşdəmirli DİN-ə ünvanladıqları məktublarında müraciətləri ilə əlaqədar olaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək diqqətlə dinlənildiklərinə, operativ qaydada kömək göstərilməsinə və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə öz minnətdarlıqlarını bildirirlər.
01.09.2025 - Lənkəran rayon sakinləri Əli Şükürov və Əsmər Şükürzadə
Lənkəran rayon sakinləri Əli Şükürov və Əsmər Şükürzadə müraciətləri ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsində qəbul edilərək lazımi hüquqi izahların verilməsinə və müraciətlərinə baxılması ilə bağlı görülən tədbirlərə görə öz təşəkkürlərini bildirirlər.
01.09.2025 - Vətəndaş Flora Cabbarova
Vətəndaş Flora Cabbarova məktubunda müraciətlərin obyektiv şəkildə araşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və təhqiqat şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.09.2025 - Masallı rayon sakini İsmət Əmirova
Masallı rayon sakini İsmət Əmirova məktubunda müraciəti ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, aparılan araşdırmanın gedişindən razılığını bildirir və məmnunluğunu ifadə edir.
01.09.2025 - Biləsuvar rayon sakini İlahə Əliyeva
Biləsuvar rayon sakini İlahə Əliyeva müraciəti ilə əlaqədar ona çevik qaydada köməklik göstərilməsinə rayon polis şöbəsinin əməkdaşlarına təşəkkkürünü bildirir.