Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Süleyman Əliyev narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə və bu qanunsuz əməllə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmalarına görə DİN rəhbərliyi başda olmaqla Nizami RPİ-nin 23-cü PB-nin kollektivinə təşəkkür edir.

Bakı şəhər sakini Ülvi Bəkirzadə müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Qəbələ RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Anonim təşəkkür məktubunun müəllifi üzləşdiyi problemlə bağlı etdiyi müraciətə operativ baxılaraq müsbət həll olunmasına görə Azərbaycan Polisinə təşəkkür edir.

Bakı şəhər sakini Sənan Qənbərov intihar həddinə çatması ilə əlaqədar müraciəti ilə bağlı ona göstərilən köməkliyə görə BBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Emin Babayev xəsarət ilə nəticələnən yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Cavid Məmmədov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən operativ tədbirlərə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Sumqayıt şəhər sakini Əli Qasımov oğurluq hadisəsilə bağlı etdiyi müraciətə operativ baxılaraq həmin şəxsin tutulub istintaqa təhvil verilməsində əməyi olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kollektivinə minnətdarlığını bildirir.

Vətəndaş Ağababa Musayev maddi ziyan ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Xəqani Məmmədov maddi ziyan ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.