Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.10.2026 - Vətəndaş Ziya Haqverdiyev
Vətəndaş Ziya Haqverdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ağ şəhər ərazisində əl çantamı itirmişdim. Bununla əlaqədar olaraq “102” Xidməti-Zəng Mərkəzinə müraciət etmişdim. Polis əməkdaşları tərəfindən dərhal müdaxilə olundu, çanta tapılaraq bizə təhvil verildi. Buna görə də, DİN-in və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.
07.10.2026 - Vətəndaş Günel Buniyatova
Vətəndaş Günel Buniyatova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və qısa müddətdə müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
07.10.2026 - Vətəndaş Günel Mehtiyeva
Vətəndaş Günel Mehtiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Etmiş olduğum müraciətimə DİN-in rəhbərliyinin, Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinin və əməkdaşlarının dərhal müdaxiləsi nəticəsində yaranmış narahatlıq aradan qaldırıldı. Müraciətimə operativ şəkildə baxılaraq tədbir görülməsinə görə DİN-in və Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə, eləcə də polis əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Göstərilən diqqət və operativ münasibətə görə təşəkkür edirəm”.
07.10.2026 - Vətəndaş Pərvanə Ağayeva
Vətəndaş Pərvanə Ağayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən bir şəxsin mənə pulumu verməməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdim. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları işimə dərhal baxdılar. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edirəm”.
07.10.2026 - Vətəndaş Şərqiyyə Seyidli
Vətəndaş Şərqiyyə Seyidli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Problemimlə bağlı müraciət etdim, müraciətimə dərhal və yerindəcə baxıldı. Pulum mənə geri ödətdirildi. Buna görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təşəkkür edirəm”.
07.10.2026 - Vətəndaş Aynurə Nəbiyeva
Vətəndaş Aynurə Nəbiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Pirallahı rayonunda yaşayıram. Şəxsiyyət vəsiqəm və bank kartlarmı itirməyim barədə Pirallahı Rayon Polis İdarəsinə müraciət etdim. Sağ olsunlar, qısa müddət ərzində tapdılar, təhvil verdilər. Buna görə DİN-in rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin bütün kollektivinə minnətdarlığımı bildirirəm”.
07.10.2026 - Bakı şəhər sakini Sadiq Əhmədov
Bakı şəhər sakini Sadiq Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.10.2026 - Bakı şəhər sakini Elşad Əzizov
Bakı şəhər sakini Elşad Əzizov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər naziri tərəfindən Sumqayıt şəhərində keçirilən qəbulda iştirak etdiyini və qəbulda verilən tapşırıqlar əsasında başlanılan araşdırmadan razı olduğunu qeyd edərək göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
07.10.2026 - Şahbuz rayon sakini Ceyhun Quliyev
Şahbuz rayon sakini Ceyhun Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həllində göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.