Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Elgün Həsənzadə müraciətinin müsbət həll olunmasına görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Turan Zəngəzurlu müraciətinin müsbət həll olunmasına görə, Bakı şəhər BPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cavid Nağıyev müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fidan Nəbizadə müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tamerlan Ağabəyov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Ülviyyə İsmayılova etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Ayşəm Əliəskərova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 04.09.2026-cı il tarixində maşınımı sağa sıxaraq mənə qarşı qeyri-etik hərəkət sərgiləyən motosiklet sürücüsü ilə bağlı 16-cı Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə tam ciddi yanaşılaraq həmin şəxs 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunmuş və barəsində qanuni tədbir görülmüşdür. Bununla bağlı cənab Nazir, şəxsən Sizə, Nərimanov Rayon Polis İdarəsinin rəisinə və 16- cı Polis Şöbəsinin rəisinə dərin təşəkkürümü bildirirəm.

Vətəndaş Salah Salahov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  02.09.2026-cı il tarixində Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdim. Müraciətimə Naxçıvan Şəhər Polis İdarəsinin sahə rəisi tərəfindən dərhal baxılmış və nəticədə mənə dəymiş zərər tam şəkildə qarşılanmışdır. Məsələmə operativ və obyektiv yanaşıldığı, müraciətimə qısa müddətdə baxılaraq həllini tapdığı üçün başda Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla, Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Vətəndaş müraciətlərinə belə həssas və operativ münasibət göstərdiklərinə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı ifadə edirəm.

Vətəndaş Kərim  İsmayılov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Biz AzCamex karqo şirkətinin üzvüyük və 04.09.2026-cı ildə 39-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bağlamaların səhv göndərilməsi və müştərilərin narazı olduğu barəsində məlumat verdik. Hadisədən 2 gün sonra əməkdaşlar mənimlə əlaqə saxlayaraq məhsulların kuryer ilə birlikdə tapılması barədə məlumat verdilər. Polis əməkdaşlarının operativ işləməsinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edir, göstərdiyləri operativ əməliyyata görə Səbail rayon 39-cu Polis Şöbəsinə təşəkkür edirik.