Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.09.2026 - Vətəndaş Nailə Səfərova
Vətəndaş Nailə Səfərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, operativliyə və obyektiv araşdırmalara görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
17.09.2026 - Vətəndaş Vüqar Haqverdiyev
Vətəndaş Vüqar Haqverdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və qısa müddətdə müsbət həll olunmasına görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
17.09.2026 - Vətəndaş Azər Hüseynquliyev
Vətəndaş Azər Hüseynquliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və qısa müddətdə müsbət həll olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.09.2026 - Vətəndaş Murad Zeynalov
Vətəndaş Murad Zeynalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.09.2026 - Bakı şəhər sakini Rauf Sadıqov
Bakı şəhər sakini Rauf Sadıqov məktubunda müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
17.09.2026 - Vətəndaş Səlim Məmmədova
Vətəndaş Səlim Məmmədova məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə və dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
17.09.2026 - Vətəndaş Şəkər Bayramova
Vətəndaş Şəkər Bayramova məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
17.09.2026 - Vətəndaş Şəhliyar Nuriyev
Vətəndaş Şəhliyar Nuriyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Yaşadığım mənzildən mənə məxsus sintezatorun oğurlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində əmlakımı oğurlayan şəxs müəyyən edilərək saxlanıldı və mənə məxsus sintezator işlək vəziyyətdə mənə qaytarıldı. Mən özüm musiqiçiyəm və sintezator mənim üçün həm şəxsi, həm də peşə fəaliyyətim baxımından çox vacibdir. Əmlakımın tapılaraq mənə qaytarılması ilə əlaqədar göstərdikləri operativ və peşəkar xidmətə görə ilk növbədə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin 16-cı Polis Şöbəsinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Polis əməkdaşlarının göstərdikləri diqqət və operativliyə görə minnətdaram. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
17.09.2026 - Vətəndaş Əliqulu Novruzov
Vətəndaş Əliqulu Novruzov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Avtomobilimə tərtib edilmiş inzibati protokollarla bağlı müraciət etmişdim. Müraciətimin təmin edilməsinə görə DİN-ə təşəkkür edirəm”.