Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Elvin Səftərov
Sosial şəbəkə istifadəçisi Elvin Səftərov aparılan araşdırma zamanı ədalətli və qanun çərçivəsində qərar qəbul edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Ruhəngiz Həbibova
Sosial şəbəkə istifadəçisi Ruhəngiz Həbibova pulunun ələ keçirilməsi ilə bağlı müraciətinə ciddi yanaşılaraq həmin şəxsin müəyyən edilməsinə və pulunun geri qaytarılmasına köməklik göstərilməsinə görə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Təranə Hacıyeva
Sosial şəbəkə istifadəçisi Təranə Hacıyeva piyada keçidində skuterin vurması nəticəsində xəsarət aldığı zaman hadisə yerinə gələn polis əməkdaşlarının göstərdiyi diqqətə, məsələnin araşdırılmasında və hüquqlarının təmin olunmasında həssaslıqla yanaşdıqlarına görə Nərimanov RPİ-nin TŞ-nin kollektivinə minnətdarlığını bildirir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Tural Əliyev
Sosial şəbəkə istifadəçisi Tural Əliyev şahidi olduğu dələduzluq hadisəsi üzrə aparılan araşdırma zamanı dəymiş ziyanın ödənilməsi təmin edildiyinə görə başda DİN rəhbərliyi olmaqla Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
18.09.2026 - Vətəndaş Əmiralı Əliyev
Vətəndaş Əmiralı Əliyev axtarışda olan borclu şəxsin saxlanılaraq aidiyyəti quruma təhvil verilməsində və probleminin həll olunmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Əli Məmmədli
Sosial şəbəkə istifadəçisi Əli Məmmədli baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı məsələ ilə bağlı aparılan araşdırma nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edildiyinə görə Nərimanov Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
18.09.2026 - Bakı şəhər sakini İradə Tağıyeva
Bakı şəhər sakini İradə Tağıyeva dayısının vəfatı ilə bağlı çətin məqamda dəfn təşkilatçılığı işlərində ona böyük dəstək olduqlarına, həssaslıq, diqqət və insanpərvərlik göstərdiklərinə görə Suraxanı Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
17.09.2026 - Neftçala rayon sakini Cəlal Əliyev
Neftçala rayon sakini Cəlal Əliyev etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
17.09.2026 - Zərdab rayon sakini Nicat İsmayılov
Zərdab rayon sakini Nicat İsmayılov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla polis əməkdaşlarına minnətdarlığını bildirir.