Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.10.2025 - Şirvan şəhər sakini Rahil Məlikov
Şirvan şəhər sakini Rahil Məlikov DİN-ə ünvanladığı təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizəyə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
10.10.2025 - Vətəndaş Şövqi Qədirov
Vətəndaş Şövqi Qədirov DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
10.10.2025 - Vətəndaş Hikmət Əhmədov
Vətəndaş Hikmət Əhmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Vətəndaş Elvin İsmayılov
Vətəndaş Elvin İsmayılov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Vətəndaş Sülhiyyə Novruzova
Vətəndaş Sülhiyyə Novruzova DİN-in “Facebook” səhifəsinə yazdığı təşəkkür mesajında müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
10.10.2025 - Vətəndaş Rəhman Quliyev
Vətəndaş Rəhman Quliyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN və Naxçıvan MR DİN təşəkkürünü bildirir.
10.10.2025 - Vətəndaş Əfqan Baxşəliyev
Vətəndaş Əfqan Baxşəliyev DİN-in “Instagram” səhifəsinə mesajında Xətai rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə və Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Vətəndaş Aynurə Əliyeva
Vətəndaş Aynurə Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mesajında vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Şahbuz şəhər sakini Hafiz Əliyev
Şahbuz şəhər sakini Hafiz Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.