Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zahid Nağıyev məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Mehriban Fərəcova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Sosial şəbəkə istifadəçisi Həbib Rzayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında kiberdələduzluqla bağlı etdiyi müraciətinə operativ baxılaraq onun həllində göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Mehriban Mənsumova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün  Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Saleh İlyasov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Nərimoanov RPİ 17-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Natiq Kərimov DİN-ə ünvanladığı məktubunda operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Sosial şəbəkə istifadəçiləri Elmira Abbasova və Sahib Cəfərov DİN-in “Instagram” səhifəsinə yazdıları mesajlarında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətinlərinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi, Vətən müharibəsi qazisi olan Məftun İbrahimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında dələduzluqla üzləşdiyini, polisə müraciət etdiyini yazaraq qısa zaman ərzində ona dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnəttarlığını bildirir. 

Cəlilabad rayon sakini Elnur Məmmədov öz məktubunda xidmməti vəzifələrini layiqincə yerinə yetirdikləri üçün Sabirabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.