Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Amin Abdullayev müraciətinə dərhal reaksiya verildiyinə və üzləşdiyi problemin aradan qaldırılmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Əziz Abdullayev DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan  və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.

Vətəndaş Zeynəb Abdullayeva  DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan  və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Vətəndaş Ayna Abdullayeva DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan  və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Cavidan Hüseynli müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Yusif İbrahimov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Murad Zeynalov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Arifə Əlieva “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şahbuz şəhər sakini Aysel Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN  və Naxçıvan MR DİN təşəkkürünü bildirir.