Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nadir Şirəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “26.09.2025-ci il tarixində idarə etdiyim avtomobil ilə yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Hadisə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində obyektiv və qərəzsiz araşdırıldığından polis əməkdaşları tərəfindən mənə göstərilən diqqət və qayğıya görə Azərbaycan polisinə minnətdarlığımı bildirirəm”. 

Bakı şəhər sakini Xalidə Həsənova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Pirallahı rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Anar Osmanov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və qısa müddət ərzində müsbət həll edildiyinə görə DİN-in rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elnarə Abbasova DİN-in “Facebook” səhifəsinə ünvanladığı mesajında qohumunun üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya və dəymiş zərərin ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Fərqanə Niftəliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ reaksiya verilərək mənə lazımi köməklik göstərildi. Buna görə DİN-in və Xətai RPİ-nin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm”.

Vətəndaş Rəşad Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Emin Lətifov DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Eşqin Rüstəmov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajında müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Eşqin Rüstəmov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajında müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.