Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Sənan Nağıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Oruc İsmayılov DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Antiterror əməliyyatının iştirakçısı olan Əbülfəz Eyvazov məktubunda polis əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına, o cümlədən ona yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə DİN rəhbərliyinə minnəttarlığını bildirir. 

Müharibə veteranı Nərgiz Sadiqova DİN-ə ünvanladığı məktubda müraciətinə diqqətlə yanaşılmasına və qısa zamanda həll edilməsində göstərilən köməkliyə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Elmir Həsənov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Samid Muradov mesajında daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Sosial Şəbəkə istifadəçisi Mehriban Səlimli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Fariz Babayev DİN-in “Instagra” səhifəsinə yazdığı mesajında vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Tamilla Həsənova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.