Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.10.2025 - Şahbuz rayon sakini Şirxan Orucov
Şahbuz rayon sakini Şirxan Orucov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
07.10.2025 - Sumqayıt şəhər sakini Rasim Vəliyev
Sumqayıt şəhər sakini Rasim Vəliyev məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
07.10.2025 - Bakı şəhər sakini Əsmər Bayramova
Bakı şəhər sakini Əsmər Bayramova Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxıldığına, Binəqədi Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.
07.10.2025 - Bakı şəhər sakini Əli Qasımov
Bakı şəhər sakini Əli Qasımov müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə özünün və ailəsinin təhlükəsizliyinin təmin olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
07.10.2025 - Bakı şəhər sakini Mirismayıl Murtuzov
Bakı şəhər sakini Mirismayıl Murtuzov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
07.10.2025 - Bakı şəhər sakini Cəvahir Məmmədova
Bakı şəhər sakini Cəvahir Məmmədova müraciətinə həssas yanaşıldığına, eləcə də göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.10.2025 - Sumqayıt şəhər sakini Aygün Səfərova
Sumqayıt şəhər sakini Aygün Səfərova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Qaradağ RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.10.2025 - Gəncə şəhər sakini Ramin Əliyev
Gəncə şəhər sakini Ramin Əliyev hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.10.2025 - Vətəndaş Rahib Xəmmədli
Vətəndaş Rahib Xəmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “24.09.2025-ci il tarixindən mənə məxsus olan 2 avtomobil tanışım tərəfindən etibarımın sui-istifadəsi edilməsi nəticəsində ələ keçirilmiş və bu müddət ərzində geri qaytarılmamışdır. Lakin sağ olsun, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları, dərhal müraciətimə reaksiya verərək hüquqlarımın bərpa olunmasına köməklik göstərdilər. Bu münasibətlə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin şəxsi heyətinə dərin təşəkkürümü bildirirəm”.