Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.10.2025 - Sosial şəbəkə istifadəçisi Xəyalə Ağasiyeva
Sosial şəbəkə istifadəçisi Xəyalə Ağasiyeva operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə və cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə Pirallahı RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
08.10.2025 - Sosial şəbəkə istifadəçisi Rauf Bayramov
Sosial şəbəkə istifadəçisi Rauf Bayramov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.
08.10.2025 - Sosial şəbəkə istifadəçisi Zakir Gülalıyev
Sosial şəbəkə istifadəçisi Zakir Gülalıyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında aparılan araşdırmadan razılıq edir və Nərimanov RPİ-nin TŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
08.10.2025 - Sosial şəbəkə istifadəçisi Səma Qurbanova
Sosial şəbəkə istifadəçisi Səma Qurbanova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkür edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
07.10.2025 - Bakı şəhər sakini Zaur Əhmədov
Bakı şəhər sakini Zaur Əhmədov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.10.2025 - Bakı şəhər sakini Həsən Şixəliyev
Bakı şəhər sakini Həsən Şixəliyev itirdiyi portmanatının tapılaraq təhvil verilməsinə görə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.10.2025 - Bakı şəhər sakini Faiq Babayev
Bakı şəhər sakini Faiq Babayev daxili işlər naziri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, eləcə də müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, BİSTİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.10.2025 - Daşkəsən rayon sakini, şəhid ailəsi olan Etibar Cəfərov
Daşkəsən rayon sakini, şəhid ailəsi olan Etibar Cəfərov məktubunda avtomobilini texniki baxışdan keçirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə şəhərində yerləşən Müayinə mərkəzinə getdiyini yazır. O, Müayinə mərkəzində əməkdaşların xoş rəftar və nəzakətli davranışlarını, ona göstərdikləri diqqət və qayğını qeyd edərək DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
07.10.2025 - Ağcabədi rayon sakini Elnur Əhmədov
Ağcabədi rayon sakini Elnur Əhmədov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.