Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zülfiyyə Təhməzova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Elçin Cəfərov DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Neftçala rayon sakini Malik Rəcəbov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Leyla Camalova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Tahir Əhmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Oktay Həmidov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Şahbuz rayon sakini Murad Zeynalov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.

Şahbuz rayon sakini Ülviyyə Səfiyeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Üzləşdiyim problemlə əlaqədar Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mənə göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və rayon polis şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini Türkel Abdıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Hərəkətdə olduğum zaman avtomobilimlə bağlı çətinliklə üzləşdim. Yaşadığım Pirallahı qəsəbəsində Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları dərhal köməyə gələrək vəziyyətin həll olunmasına yardım etdilər. Onların diqqətini, peşəkarlığını və vətəndaşlara göstərdiyi qayğını dərin minnətdarlıqla qeyd edirəm. Bu münasibətlə Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə və kollektivinə səmimi təşəkkürümü bildirirəm. Belə əməkdaşların fəaliyyəti vətəndaşlarda güvən və məmnuniyyət yaradır”.