Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.10.2025 - Vətəndaş Əli Zeynallı
Vətəndaş Əli Zeynallı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
03.10.2025 - Bakı şəhər sakini Vəfa Abbasova
Bakı şəhər sakini Vəfa Abbasova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.10.2025 - Vətəndaş Ağaməmməd Əliyev
Vətəndaş Ağaməmməd Əliyev Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
03.10.2025 - Vətəndaş Aysu Məcidova
Vətəndaş Aysu Məcidova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
03.10.2025 - Vətəndaş Elxan Mahmudov
Vətəndaş Elxan Mahmudov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizəyə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Pirallahı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
02.10.2025 - Bakı şəhər sakini Üzeyir Hacızadə
Bakı şəhər sakini Üzeyir Hacızadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda DİN-ə etdiyi müraciətinə operativ baxıldığını, Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN-in və Yasamal RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
02.10.2025 - Qaradağ rayon sakini Azər Qasımov
Qaradağ rayon sakini Azər Qasımov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
02.10.2025 - Bakı şəhər sakini Vüsal Cəlilov
Bakı şəhər sakini Vüsal Cəlilov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda axtarışla bağlı müraciətinə operativ baxıldığını, polis əməkdaşları tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
V.Cəlilov müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə, Baş Cinayət Axtarışı İdarəsinin və Şərur Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2025 - Şamaxı rayon sakini Zərinə Zülfüqarova
Şamaxı rayon sakini Zərinə Zülfüqarova müraciətinə operativ reaksiya verildiyinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.