Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Müşviq Məhərrəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Xəzan Şirinov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasının təmin edilməsinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ehtiram Qurbanlı məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov RPİ-nin və 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuzkənd kənd sakini Heydər Qurbanov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti ilə əlaqədar obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən operativliyə və obyektivliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Cəfərqulu Cəbrayılov teleqramında müraciəti üzrə Suraxanı Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Şahbuz rayon sakini Azər Fərzəliyev məktubunda üzləşdiyi problemlə bağlı müraciəti ilə əlaqədar Şahbuz Rayon Polis Şöbəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Gülnaz Məmmədova teleqramında müraciəti üzrə Suraxanı Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Şəlalə Əbilova teleqramında daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Sərhat Bican DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verildi və mənə köməklik göstərildi. Buna görə DİN-in və Xətai RPİ-nin rəhbərliyinə, müraciətimin həllində köməklik göstərən polis əməkdaşlarına minnətdarlığımı bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.