Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Nərgiz Nəsirova ona dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Aysən Rzayeva mobil telefonunun oğurlanması ilə əlaqədar müraciətinə operativ reaksiya verildiyini, qısa zamanda cinayəti törədən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunduğunu, eləcə də işlək vəziyyətdə ona qaytarıldığını yazır və buna görə Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Həsən Nəzərli həyatını itirmək təhlükəsilə üzləşən övladının xəstəxanaya çatdırılmasında köməklik göstərən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını yazır. 

Gədəbəy rayon sakini Nigar Abbasova məktubunda 24 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Gədəbəy rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, Gədəbəy Rayon Polis Şöbəsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Ağsu rayon sakini Ülviyyə Bəndəliyeva məktubunda rayon ərazisində asayişin etibarlı qorunmasına, cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Lənkəran rayon sakini Səkinə Nəsirova məktubunda Lənkəran Şəhər Rayon Polis Şöbəsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin qısa müddətdə müsbət həll olunmasını qeyd edərək təşəkkürünü bildirir. 

Vətəndaş Suri Aynurə DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə diqqətlə yanaşılmasına və həyata keçirilən operativ tədbirlərlə müsbət həll olunmasına görə təşəkkürünü bildirir.

Vətəndaş Sadiq İsrafilov “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, müraciəti ilə bağlı araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasını qeyd edir, vətəndaş müraciətlərinə diqqətlə yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Siyəzən şəhər sakini Gülarə Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə tapşırıq verildiyini, obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll edildiyini və dəymiş maddi ziyanın ödənildiyini qeyd edir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.