Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.01.2026 - Vətəndaş Aidə Əliyeva
Vətəndaş Aidə Əliyeva öz məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq qanunamüvafiq qaydada tədbirlərin görülməsinə və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
08.01.2026 - Bakı şəhər sakini Sədaqət Cəfərova
Bakı şəhər sakini Sədaqət Cəfərova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə obyektiv baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
07.01.2026 - Vətəndaş Əfruz Ağayeva
Vətəndaş Əfruz Ağayeva DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında təhdid olunması ilə bağlı müraciətinə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində operativ baxıldığını bildirir və təşəkkürünü ifadə edir.
07.01.2026 - Vətəndaş Emin Mehdizadə
Vətəndaş Emin Mehdizadə övladına məxsus elektrikli velosipedin oğurlanması ilə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
07.01.2026 - Vətəndaş Nahid Qədirov
Vətəndaş Nahid Qədirov itirdiyi pul kisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.01.2026 - Əcnəbi vətəndaş Nəzrin Asgharpoursalamat
Əcnəbi vətəndaş Nəzrin Asgharpoursalamat müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.01.2026 - Şərur rayon sakini Tural Əhmədov
Şərur rayon sakini Tural Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
07.01.2026 - Vətəndaş Lalə Sultanova
Vətəndaş Lalə Sultanova “Instagram” sosial şəbəkəsindəki hesabından Azərbaycan polisinə təşəkkür mesajı yazıb. O, Baş Dövlət Yol Polisi İdarəsinin İmişli rayonunda yerləşən qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getdiyini, qısa müddətdə probleminin aradan qaldırıldığını qeyd edir. L.Sultanova vətəndaşların rahatlığı üçün yaradılan şəraitə və göstərilən xidmətə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
07.01.2026 - Şəhid ailəsi üzvü olan Natavan Cəfərova
Şəhid ailəsi üzvü olan Natavan Cəfərova ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.