Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Nizami Alışov oğluna məxsus mobil telefonun oğurlanması barədə etdiyi müraciətin dərhal nəzarətə götürüldüyünü, keçirilmiş tədbirlər nəticəsində tapılaraq qaytarıldığını qeyd edir və Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Nəbi Əmrahlı Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda 2024-cü il fevralın 7-də Azərbaycanda prezident seçkiləri zamanı təhlükəsizliyin etibarlı təmin olunmasına görə bir məntəqə seçki komissiyasının üzvü kimi polis əməkdaşlarına minnətdarlığını bildirir.

Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini Zakir Bayramov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda müharibə veteranı vəsiqəsi ilə təmin olunması ilə bağlı müraciətinə obyektiv baxılaraq müsbət həll olunduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliklərinə minnətdarlığını bildirir.

Zərdab rayon sakinləri Murad Nüsrətli və Laçın Əsədov DİN-ə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Əzizə Ağayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə çevik reaksiya verildiyini və görülmüş tədbirlərlə müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətində Azərbaycan polisinə uğurlar arzulayır. 

Vətəndaş Günel Zahidova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə çevik reaksiya verilməsinə və Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə, Səbail Rayon Polis İdarəsinin və 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüqar Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətinə diqqətlə yanaşıldığını, aparılan obyektiv araşdırma nəticəsində qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək həmin polis idarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Yevlax rayon sakini Mustafa Mustafayev müraciətində xidməti fəaliyyətini peşəkarlıqla yerinə yetirən Baş Narkotiklərlə Mübarizə  İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elman Mehdiyev göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və  Ağdam RPŞ-nin əməkdaşlarına təşəkkür edir.