Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Yasin Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Urfan Sultanlı DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zaman ərzində araşdırma aparıldığını və məmnunluğunun təmin olunduğunu yazır.

Vətəndaş Əşrəf Fərəcov Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, əmlakına qəsdən zərər vurulması ilə bağlı müraciətinə operativ qaydada baxıldığına, əməli törədən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsinə və göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Səadət Səmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, itən əşyasının oğurlanması ilə bağlı polisə etdiyi müraciətə qısa zamanda çevik reaksiya verilərək tapılmasında göstərilən köməkliyə görə Nəsimi RPİ 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Hüseynağa Cəfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Cümşüd Nəcəfov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, velosiped və skuterinin oğurlanması ilə bağlı polisə etdiyi müraciətə qısa zamanda çevik reaksiya verilərək tapılmasında göstərilən köməkliyə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Novruz Qafarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasının təmin edilməsinə görə Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Qəhrəman Allahverdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Zülfüqar Hacıyev müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.