Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.11.2025 - Bakı şəhər sakini Səbinə Bağırova
Bakı şəhər sakini Səbinə Bağırova məktubunda DİN-in rəhbərliyinə təşəkkürünü bildirir. O, kütləvi idman tədbirlərinin təşkili zamanı ictimai asayişin qorunmasında göstərdikləri nümunəvi xidmətə görə Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
27.11.2025 - Bakı şəhər sakini Tural İbrahimli
Bakı şəhər sakini Tural İbrahimli DİN-ə ünvanladığı teleqramında daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.
27.11.2025 - Vətəndaş Elxan Xəlilov
Vətəndaş Elxan Xəlilov məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
27.11.2025 - Quba rayon sakini Musa Allahverdiyev
Quba rayon sakini Musa Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
27.11.2025 - Bakı şəhər sakini Akif Nəcəfov
Bakı şəhər sakini Akif Nəcəfov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
27.11.2025 - Quba rayon sakini Bənövşə Qasımova
Quba rayon sakini Bənövşə Qasımova etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
27.11.2025 - Bakı şəhər sakini Gövhər İsmayılova
Bakı şəhər sakini Gövhər İsmayılova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
27.11.2025 - Bakı şəhər sakini Lalə Məmmədova
Bakı şəhər sakini Lalə Məmmədova avtomobilinin qaçırılması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
27.11.2025 - Quba rayon sakini Şasəddin Şirinov
Quba rayon sakini Şasəddin Şirinov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.