Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Günay Yadigarova
Sosial şəbəkə istifadəçisi Günay Yadigarova baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya, həmçinin göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Nərimanov RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
30.10.2025 - Naxçıvan şəhər sakini Xaliq Allahverdiyev
Naxçıvan şəhər sakini Xaliq Allahverdiyev müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Naxçıvan Şəhər Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Elşən Abiyev
Sosial şəbəkə istifadəçisi Elşən Abiyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin kollektivinə təşəkkür edir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Röyal Hüseynli
Sosial şəbəkə istifadəçisi Röyal Hüseynli müraciətinə operativ baxıldığına və probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Orxan Vəlicanov
Sosial şəbəkə istifadəçisi Orxan Vəlicanov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
30.10.2025 - Sosial şəbəkə istifadəçisi Pərvanə Novruzova
Sosial şəbəkə istifadəçisi Pərvanə Novruzova müraciətinə dərhal reaksiya verilməsinə və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin 37-ci PŞ-nin kollektivinə təşəkkürünü bildirir.
29.10.2025 - Abşeron rayon sakini Elmira Məmmədcanova
Abşeron rayon sakini Elmira Məmmədcanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciəti əsasında həyata keçirilən tədbirlərə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.10.2025 - Vətəndaş Seyidcavid Mirheydərzadə
Vətəndaş Seyidcavid Mirheydərzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.10.2025 - Vətəndaş Mirməmməd Talışlı
Vətəndaş Mirməmməd Talışlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.