Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.05.2024 - Vətəndaş İsmayıl Quliyev
Vətəndaş İsmayıl Quliyev yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə, etdiyi müraciətin qısa zaman ərzində operativ şəkildə həll edildiyinə görə DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayır.
01.05.2024 - Xaçmaz rayon sakini Səbuhi Qurbanov
Xaçmaz rayon sakini Səbuhi Qurbanov məktubunda müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.05.2024 - Bakı şəhər sakini Cəbrayıl Məmmədov
Bakı şəhər sakini Cəbrayıl Məmmədov DİN-ə ünvanladığı məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən qazilərə, o cümlədən ona yüksək diqqət və qayğı göstərildiyini qeyd edərək təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
01.05.2024 - Bakı şəhər sakini Pünhanə Nəbiyeva
Bakı şəhər sakini Pünhanə Nəbiyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
01.05.2024 - Bakı şəhər sakini Yeganə Nəzərova
Bakı şəhər sakini Yeganə Nəzərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Mən səhvən tanımadığım şəxsin kartına pul göndərmişdim. Bununla bağlı Daxili İşlər Nazirliyinə onlayn müraciət ünvanlamışdım. Müraciətimlə əlaqədar polis əməkdaşları mənimlə əlaqə saxladı, qısa müddətdə mənə dəymiş ziyan özümə qaytarıldı. Operativ reaksiyaya görə Azərbaycan polisinə səmimi qəlbdən təşəkkür edirəm!”.
01.05.2024 - Bakı şəhər sakini Elmar Umarov
Bakı şəhər sakini Elmar Umarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Belə ki, mənə qarşı edilmiş dələduzluqla bağlı müraciətim müsbət həllini tapdı. Mənə dəymiş ziyan tam ödənildi. Sağ olsun, Azərbaycan polisi!”.
01.05.2024 - Bakı şəhər sakini Orxan Eyvazov
Bakı şəhər sakini Orxan Eyvazov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Pirallahı rayonu ərazisində üzləşdiyimiz yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
01.05.2024 - Mingəçevir şəhər sakini Natiq Yunusov
Mingəçevir şəhər sakini Natiq Yunusov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
01.05.2024 - Bakı şəhər sakini Elşən Zairov
Bakı şəhər sakini Elşən Zairov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət etdim. Problemim həll olundu. Dəymiş zərər ödənildi. Çox təşəkkür edirəm. Azərbaycan polisi ilə qürur duyuram”.