Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Kamran Cəfərov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına və qısa müddətdə müsbət həll edildiyinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakinləri Sevil Məsimova və Rahibə Abbasova məktublarında üzləşdikləri dələduzluq faktları ilə bağlı Daxili İşlər Nazirliyinə etdikləri müraciətlərinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edirlər. Onlar, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Aəzrbaycan polisinə təşəkkürlərini bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar. 

Naxçıvan şəhər sakini Namiq Məmmədov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini İsgəndər Qasımov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda bildirir: “Şanlı Azərbaycan polisi ölkəmizdə əmin amanlığın, sabitliyin qorunmasında, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə öz səmərəli töhfəsini verir, bu işdə prinsipallıq göstərməklə bərabər əzmkarlıq nümunəsi göstərir. Azərbaycan polisi öz vəzifə borcunu layiqincə və şərəflə yerinə yetirir. Bu ildən Daxili İşlər Nazirliyindəki yeniliklər məni çox sevindirir”.

Bakı şəhər sakini Nəzrin Davidova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürümüzü bildiririk. Şikayətimiz təmin olundu. Var olun, hər zaman”.

Sabunçu rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan rayon polis idarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirən Bakı şəhər sakini Kamran Əfəndiyev onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Məlahət Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda bildirir: “Pirallahı rayonu ərazisində avtomobilimizdə nasazlıq yarandı. Bu zaman xidməti vəzifələrini yerinə yetirən yol-patrul xidməti əməkdaşları bizə yaxınlaşaraq vəziyyətlə maraqlandılar. Problemin həllində bütün zəruri köməkliyi göstərdilər. Ailəm adından polislərimizə təşəkkür edirəm. Yaşasın Azərbaycan polisi!”.

Mingəçevir şəhər sakini Vasif Qocayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Təcili tibbi əməliyyat üçün Mingəçevir şəhərindən paytaxta gələn zaman yol polisi əməkdaşları bizə yardım etdilər, zamanında xəstəxanaya çatdıq və bir həyat xilas oldu. Həmin polis əməkdaşlarına və Azərbaycan polisinə təşəkkür edirəm”.

Bakı şəhər sakini Röyal Əlizadə məktubunda müraciəti ilə bağlı polis əməkdaşları tərəfindən obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə və Azərbyacan polisinə təşəkkür edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.