Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.11.2025 - Sosial şəbəkə istifadəçisi Hikmət Baxışov
Sosial şəbəkə istifadəçisi Hikmət Baxışov üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı humanistliyə, diqqətə və göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
17.11.2025 - Vətəndaş Şəfa Şahnazarova
Vətəndaş Şəfa Şahnazarova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “3 noyabr 2025-ci il tarixində pul vəsaitimin dələduzluq yolu ilə əlimdən alınması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət etmişdim. Daha sonra təhqiqat araşdırması zamanı mənə dəymiş maddi zərər tam şəkildə geri qaytarıldı. Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”.
17.11.2025 - Vətəndaş Zəka Axundov
Vətəndaş Zəka Axundov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Sabunçu Rayon Polis İdarəsinə etdiyim şikayət ciddi nəzarətə götürüldü və şikayətim təmin olundu. Ona görə də DİN-in rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin kollektivinə təşəkkürümü və minnətdarlığımı bildirirəm”.
17.11.2025 - İraq Respublikasının vətəndaşı İbrahim Sallah
İraq Respublikasının vətəndaşı İbrahim Sallah DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Azərbaycana turist kimi gəzintiyə gəlmişdim. Pulum oğurlandığı üçün Nəsimi Rayon Polis İdarəsinə və 22-ci Polis Şöbəsinə müraciət etdim, yardım istədim. Dərhal təhqiqat araşdırması aparıldı, pulum tapılaraq mənə qaytarıldı. Bunun üçün Azərbaycan polisinə təşəkkür edirəm”.
17.11.2025 - Vətəndaş Elşad Ağayev
Vətəndaş Elşad Ağayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “07.11.2025-ci il tarixində paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Araşdırmanın gedişatından razı qaldım. Bu münasibətlə Azərbaycan polisinə dərin minnətdarlığımı bildirirəm”.
17.11.2025 - Sumqayıt şəhər sakini Müşgünaz Hüseynova
Sumqayıt şəhər sakini Müşgünaz Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
17.11.2025 - Yasamal rayon sakini Alim Əliyev
Yasamal rayon sakini Alim Əliyev məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.
17.11.2025 - Əcnəbi vətəndaş Maher Tamimi
Əcnəbi vətəndaş Maher Tamimi DİN-ə təşəkkür məktubu yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
17.11.2025 - Sosial şəbəkə istifadəçisi Əsəd Cavadov
Sosial şəbəkə istifadəçisi Əsəd Cavadov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.