Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətən müharibəsi qazisi Ceyhun Ağayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, Abşeron rayonu ərazisində xidmət aparan yol polisi əməkdaşlarından məmnunluğunu ifadə edir, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Qılman Qasımov oğlunun daxili işlər orqanlarında xidmətə qəbul edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edir.

Vətəndaş İlham Hüseynov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Hafiz Nəzərli Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Pirallahı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Firəngiz Fərəcova, Tahirə İsmayılova və Abubekir Qallacov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Neftçala rayon sakini Malik Rəcəbov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Xaçmaz rayon sakini Saleh Mirzəyev dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və BBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini  Ləman Məmmədova etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rəhman Ələkbərov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.