Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bərdə rayon sakini Arif Xıdırov müraciətinin müsbət həll edilməsinə görə Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayon sakini Elvin Nəsirov öz məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin  öhdəsindən layiqincə gəldiklərinə, vətəndaş məmnunluğunun təmin olunmasına və humanistliyə görə BDYPİ-nin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Ülkər Kərimova öz məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı bağlı müraciətinə Astara Rayon Polis Şöbəsində operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Seylan Qarayeva ictimai asayişin etibarlı qorunmasına, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına və  humanistliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Aidə Əliyeva öz məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq qanunamüvafiq qaydada tədbirlərin görülməsinə və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sədaqət Cəfərova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə obyektiv baxılmasına və müsbət həll olunmasına görə  başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Əfruz Ağayeva DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında təhdid olunması ilə bağlı müraciətinə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində operativ baxıldığını bildirir və təşəkkürünü ifadə edir.

Vətəndaş Emin Mehdizadə övladına məxsus elektrikli velosipedin oğurlanması ilə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Vətəndaş Nahid Qədirov itirdiyi pul kisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.