Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.12.2025 - Vətəndaş Yaşar Əliyev
Vətəndaş Yaşar Əliyev DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən ona qanunvericiliyin tələblərinin izah olunduğunu və qısa zaman ərzində hadisənin obyektiv araşdırıldığını qeyd edir.
12.12.2025 - Vətəndaş İlham Əkbərov
Vətəndaş İlham Əkbərov ünvanladığı müraciətinə operativ baxıldığını qeyd edərək dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə minnətdarlığını bildirir.
12.12.2025 - Vətəndaş Qurban Davudov
Vətəndaş Qurban Davudov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq halı ilə bağlı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
12.12.2025 - Vətəndaş Xalidə Qarayeva
Vətəndaş Xalidə Qarayeva Pirallahı rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
12.12.2025 - Vətəndaş Muradxan Məmmədov
Vətəndaş Muradxan Məmmədov DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, xəsarət aldığı yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən ona xüsusi diqqət və qayğı göstərildiyinə görə məmnunluğunu ifadə edir.
12.12.2025 - Vətəndaş Ülvi Muradzadə
Vətəndaş Ülvi Muradzadə DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən qısa zaman ərzində hadisənin araşdırıldığını və araşdırmanın gedişatından məmnun qaldığını qeyd edir.
12.12.2025 - Vətəndaş Elvin Həşimov
Vətəndaş Elvin Həşimov ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.12.2025 - Vətəndaş Günel Rüstəmova
Vətəndaş Günel Rüstəmova oğurluq hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
12.12.2025 - Vətəndaş Aysel Kərimova
Vətəndaş Aysel Kərimova bacısının itkin düşməsi ilə bağlı Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə ailə üzvünün qısa vaxt ərzində tapılaraq onlara təhvil verilməsinə görə minnətdarlığını ifadə edir.